23:00 05-07-2020
news_image
221
FUTBOL

Hakiminin “Real”a qayıtmamasının səbəbi – Zidan

"İnter"in yeni transferi Əşrəf Hakiminin meneceri Alexandro Kamano onun "Real"a qayıtmamasının səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, menecer Dortmund "Borussiya"sından ayrıldıqdan sonra mərakeşli müdafiəçinin "Real"a dönməməsini "kral klubu"nun baş məşqçisi Zinəddin Zidanla əlaqələndirib.

Onun fikrincə, Hakimi "İnter"də daha uğurlu çıxış edəcək: "Hakimi Zidana görə "Real"dan ayrıldı. Zinəddin nə üçün Əşrəfə zəng etmədiyini izah etməlidir. Karvayal kimi bir oyunçu olduğu halda onun "Real"a dönməsi uyğun deyildi. Ancaq "İnter"ə keçdikdən sonra Əşrəfin parlaq gələcəyinə inanıram. Konte Hakimi ilə daim təmasda idi. Ona klubun layihəsi barədə danışdı və bu üzdən "İnter"i seçdik. Konte kimi səviyyəli məşqçi sizinlə əlaqə qurursa, bu, onun planlarının vacib bir hissəsi olduğunuzdan xəbər verir".

Qeyd edək ki, "İnter" Əşrəf Hakimini "Real"dan 40 milyon avroya transfer edib.