23:43 05-07-2020
news_image
104
FUTBOL

Heç-heçə - Eddisiz

İspaniya La Liqa2-də XXXVIII turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi "Albasete" səfər oyununa çıxıb.

Komanda özündən 1 xal çox xal toplayan "Malaqa"nın qonağı olub. Yarımmüdafiəçinin "23-lüy"ə düşmədiyi matçda qolsuz bərabərlik qeydə alınıb - 0:0.

Qeyd edək ki, "Albasete" hazırda 45 xalla 17-ci pillədə yer alır.