09:53 10-07-2008
news_image
436
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Rusiyada keçirilən beynəlxalq turnirdə yenə qələbə qazana bilməyib

Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan şahmatçısı Vüqar Həşimov Rusiyanın Poykovski şəhərində XII dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnirdə ikinci oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, 22 yaşlı idmançı ağ fiqurlarla Rusiya təmsilçisi Ernesto İnarkiyevi sınağa çəkib. Tərəflər 28-ci gedişdə heç-heçəyə razılaşıblar. Ümumiyyətlə, ikinci turda bütün qarşılaşmalar bərabərliklə nəticələnib. Aleksey Şirov (İspaniya) - Dmitri Yakovenko (Rusiya), Sergey Rublyovski (Rusiya) - Emil Sutovski (İsrail), Andrey Volokitin (Ukrayna) - Viorel Baloqan (Moldova) və Aleksandr Onişuk (ABŞ) - Van Xao (Çin) görüşlərində şahmatçılardan heç biri qələbə qazana bilməyib. İki turdan sonra hesabında yarım xal olan V.Həşimov E.İnarkiyev və A.Volokitinlə birgə 8-10-cu yerləri bölüşdürür. Həmvətənimiz bu gün keçmiş bakılı E.Sutovskiyə qarşı mübarizə aparacaq. İyulun 17-dək davam edəcək yarış 9 turdan ibarətdir.