00:29 06-07-2020
news_image
97
FUTBOL

Yeni müqavilə - "Mançester Yunayted"də

"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiçin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, serbiyalı orta sahə oyunçusu "qırmızı şeytanlar"la yeni müqavilə imzalayıb.

İtaliya A seriyasından bir neçə təklif almasına baxmayaraq, 32 yaşlı oyunçu Mançester təmsilçisində qalmaq qərarına gəlib. Bir müddət əvvəl yeni komanda axtarışında olan futbolçu klubu ilə sözləşməsinin müddətini 2023-cü ilə qədər uzadıb.

Qeyd edək ki, Nemanya Matiç cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 2 məhsuldar ötürmə verib.