09:32 06-07-2020
news_image
90
FUTBOL

Beş futbolçu koronavirusa yoluxdu – MLS-də

MLS-də çıxış edən “Neşvill” klubunun 5 futbolçusu koronavirusa yoluxub. 

Apasport.az saytının məlumatına görə, oyunçulardan birində hər iki test müsbət nəticə verib.

Digər dörd futbolçu isə təkrar testin nəticələrini gözləyir. Bir müddət öncə “Dallas” – “Vankuver” görüşü hər iki komandada üst-üstə 8 futbolçunun yoluxması üzündən təxirə salınmışdı.

Qeyd edək ki, avqustun 8-11-də 26 komandanın iştirakı ilə “MLS qayıdır” adlı turnir keçirilməlidir.