11:30 06-07-2020
news_image
101
FUTBOL

Türkiyə klublarından təklif - Mandzukiçə

Xorvatiyalı hücumçu Mario Mandzukiç Qətərin "Əl-Duhail" klubundan ayrılıb.

Apasport.az saytının məlumatına görə, müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən 34 yaşlı forvard karyerasını Türkiyədə davam etdirə bilər.

Xorvatiya millisinin sabiq üzvü "Fənərbaxça" və "Qalatasaray"ın transfer gündəmindədir. Həmçinin "Benevento" və Moskva "Lokomotiv"i də Mandzukiçlə yaxından maraqlanır. Hazırda azad agent olan ulduz futbolçu təklifləri dəyərləndirməyə başlayıb.

Qeyd edək ki, Mario Mandzukiç "Əl-Duhail"in heyətində Qətər çempionatında 5 oyun keçirib, qol hesabını aça bilməyib.