11:46 06-07-2020
news_image
102
FUTBOL

11 futbolçusu koronavirusa yoluxdu - Belarus klubunun

Brest "Dinamo"sunda kütləvi koronavirusa yoluxma halı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, klubda 16 nəfərin testi müsbət nəticələnib.

Onlardan 11-nin futbolçu olduğu açıqlanıb. Bunlar Yevgeni Xaçeridi, Maksim Vitus, Kirill Peçenin, Sergey Krivets, Vsevolod Sadovski, Artyom Milevski, Mixail Qordeyçik, Denis Laptev, Sergey İqnatoviç, Roman Yuzepçuk və Aleksandr Noyokdur.

Test Belarus Premyer Liqasının XVI tur matçından sonra aparılıb. Milevski, Vitus və Krivets iyulun 3-də "Smoleviçi" ilə qarşılaşmada (3:3) 90 dəqiqə meydanda olub.