11:52 06-07-2020
news_image
120
DİGƏR NÖVLƏR

İdmançımız gümüş qazandı – Ukraynada

Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı fasilədən sonra ilk yarışa qatılıb.

Azərbaycan Triatlon Federasiyasından apasport.az saytına verilən məlumata görə, mövsümün bərpası idmançımız üçün uğurlu alınıb.

Təmsilçimiz Rostislav Pevtsov 50 atletin qatıldığı sprint üzrə Ukrayna açıq çempionatında qüvvəsini sınayıb. Ötən il Avropanın ən yaxşı triatlonçusu seçilən milliləşdirilmiş legioner gümüş medal əldə edib.

Qeyd edək ki, koronavirus üzündən planları pozulan triatlon yığmamız bir neçə aydır Ukraynada hazırlıq keçir. Millimiz avqustun 28-30-da Estoniyanın Tartu şəhərində Avropa çempionatına hazırlığı ölkə xaricində tamamlayacaq.