12:47 06-07-2020
news_image
270
FUTBOL

Gözü “Qarabağ”ın futbolçusunda - “Neftçi”nin

"Səbail" klubunda qeyri-müəyyənlik davam edir.

Apasport.az saytının məlumatına görə, rəhbərlik 2020/21 mövsümünün büdcəsini hələ müəyyənləşdirmədiyindən, məşqçilər korpusu və futbolçu heyəti gözləmə mövqeyi tutur.

Lakin Premyer Liqanın digər iştirakçıları "Səbail"dəki bu səssizlikdən yararlanmaq niyyətindədirlər. Qəsəbə təmsilçisinin 3 yerli futbolçusu artıq təklif alıb. Müdafiəçilər Turan Manafov, Şəhriyar Rəhimov və yarımmüdafiəçi Ruslan Hacıyev digər klublarımızın diqqət mərkəzinə düşüblər.

Turan "Keşlə"nin, Şəhriyar "Zirə"nin, Ruslan isə "Neftçi"nin transfer siyahısında yer alıb. Sonuncunun "Səbail"lə icarə müddəti artıq başa çatıb. "Neftçi" 22 yaşlı yarımmüdafiəçini transfer etmək üçün müqavilə ilə məxsus olduğu "Qarabağ"a müraciət etməlidir.

O ki qaldı Şəhriyarla Turana, hər iki futbolçunun "Səbail"lə anlaşması gələn ilin yayına qədərdir. Bu üzdən onları istəyən klublar ilk növbədə bakılıların razılığını almalıdır.

Qeyd edək ki, "Səbail" koronavirus pandemiyası səbəbindən 20-ci turdan sonra başa çatdırılan Premyer Liqada 7-ci yeri tutub.