13:34 06-07-2020
news_image
351
DİGƏR NÖVLƏR

Ermənistan Azərbaycana rəqib olmayacaq – MDB Oyunlarında

Ermənistan idmançıları MDB ölkələrinin Oyunlarında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, bu, iştirakçıların bədən tərbiyəsi və idman üzrə rəhbər dövlət orqanlarının I MDB Oyunlarına hazırlıq və keçirilməsi ilə bağlı görüşündə açıqlanıb.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan yarışa qatılmamağın səbəbini koronavirus pandemiyası ilə izah edib: “Təəssüf ki, yaranmış vəziyyətlə bağlı ölkəmiz MDB ölkələrinin Oyunlarında iştirak edə bilməyəcək”.

Qeyd edək ki, Azərbaycan idmançılarının da qatılması gözlənilən ilk Oyunlar sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçiriləcək.