13:45 06-07-2020
news_image
184
FUTBOL

Ukraynaya gedir - "Səbail"in qapıçısı

Azərbaycan Premyer Liqasında çıxış edən daha bir futbolçu ölkəmizi tərk etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, söhbət "Səbail"in qapıçısı Aleksandr Rıbkadan gedir.

Premyer Liqada yeni mövsümün start tarixi və klubların təlim-məşq toplanışı proqramı dəqiqləşmədiyindən, digər əcnəbilər kimi, Rıbka da vətəni Ukraynaya yollanmaq istəyir. Ailəsinə baş çəkmək arzusunda olan 33 yaşlı qolkiper bununla bağlı klub rəhbərliyinə müraciət edib. Bakılılar bu həftə ərzində onun ölkəsinə yollanması üçün şərait yaratmağa çalışır.

Qeyd edək ki, Aleksandr Rıbkanın "Səbail"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.