14:02 06-07-2020
news_image
107
FUTBOL

512 günlük seriyaya davam - "Trabzonspor"dan

Türkiyə Super Liqasının XXX turunda "Qalatasaray" üzərində səfər qələbəsi qazanan "Trabzonspor" İstanbul təmsilçiləri üzərində üstünlüyünü davam etdirib.

Apasport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi ardıcıl 13-cü qarşılaşmada İstanbul klublarına yenilməyib.

"Bordo-mavililər" sonuncu dəfə 2019-cu ilin fevralında səfərdə "Qalatasaray"a 1:3 hesabı ilə uduzub. Həmin vaxtdan bəri 512 gündür "Kasımpaşa", "Başakşəhər", "Fənərbaxça", "Qalatasaray" və "Beşiktaş"la keçirilən 13 matçın 5-də qələbə qazanan Hüseyn Çimşirin yetirmələri 8 dəfə bərabərə qalıblar.

Komandasının 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada qollardan birinin müəllifi olan "Trabzonspor"un hücumçusu Aleksander Sorlot isə klubun tarixinə düşüb. O, cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 44 oyunda 29 dəfə fərqlənib. Norveç millisinin üzvü 1995/96 mövsümündə 41 oyunda 28 qol vuran gürcüstanlı Şota Arveladzenin ən məhsuldar əcnəbi rekordunu yeniləyib.

Qeyd edək ki, "Trabzonspor" sona 4 tur qalmış 61 xalla ikinci pillədə qərarlaşır və lider "Başakşəhər"dən 2 xal geri qalır.