16:58 06-07-2020
news_image
233
DİGƏR NÖVLƏR

Vyetnam Qran-Prisi nə vaxt keçiriləcək? – “Formula-1”

“Formula-1” üzrə Vyetnam Qran-Prisi noyabrda keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu Xanoy şəhərinin meri Nquen Duk Tanq açıqlayıb.

O bildirib ki, təşkilatçılar yarışın noyabrın sonunda baş tutacağına ümidlidir. Bu, tarixdə ilk Vyetnam Qran-Prisi olacaq.

Qeyd edək ki, Xanoydakı yarış aprelin əvvəlinə planlaşdırılsa da, koronavirus pandemiyası üzündən qeyri-müəyyən vaxta təxirə salınıb.