00:16 07-07-2020
news_image
144
FUTBOL

DÇ-2026 ilə bağlı qərarı təxirə saldı - FİFA

FİFA 2026-cı ildə baş tutacaq dünya çempionatının şəhərləri ilə bağlı qərarını təxirə salıb.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumu DÇ-2026-nın oyunlarının harada keçiriləcəyini açıqlamağa tələsmir.

Mundialı qəbul etmək üçün seçilən 3 ölkənin - ABŞ-Kanada-Meksika "trio"sunun ümumilikdə 23 şəhərinin namizədliyi qəbul olunub. ABŞ 17 şəhər, Kanada və Meksika isə hərəsi 3 şəhərin adını FİFA-ya təqdim edib. Yekun qərar martda verilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən iclas iyulun 7-nə təyin olunmuşdu. Qurum həmin toplantını daha bir neçə həftəlik təxirə salıb.

23 şəhərdən 16-sı dünya çempionatını qəbul edəcək. FİFA ABŞ-ın 17 namizəd şəhərindən 7-ni siyahıdan çıxaracaq.