00:39 07-07-2020
news_image
150
FUTBOL

Yeni müqavilə təklifi - "Arsenal"dan

"Arsenal"ın müdafiəçisi Şkodran Mustafi Premyer Liqa təmsilçisində qalacaq.

Apasport.az saytının məlumatına görə, London klubu almaniyalı futbolçuya yeni müqavilə təklif edib.

Baş məşqçi Mikel Arteta 28 yaşlı mərkəz müdafiəçisinin çıxışından məmnundur və onun komandada qalmasını istəyib. Hazırkı sözləşməsi gələn ilin yayına qədər olan Mustafi ilə müddətin uzadılması ilə bağlı danışıqlar inkişaf mərhələsindədir.

Qeyd edək ki, 2016-cı ildən "Arsenal"ın formasını geyinən Şkodran Mustafi cari mövsüm Premyer Liqada 13 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə verib.