10:28 07-07-2020
news_image
84
FUTBOL

"Messi gəlsə, 10 nömrəli forması hazırdır" - Veron

"Estudiantes"in rəhbəri Xuan Sebastyan Veron maraqlı fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, sabiq yarımmüdafiəçi "Barselona"nın kapitanı Lionel Messini komandasına dəvət edib.

O bildirib ki, həmyerlisinə 10 nömrəli formanı verməyə hazırdırlar: "Əgər Messi bizim komandaya gəlmək istəsə, onun 10 nömrəli forması hazırdır. Düzü, mən onu "Barselona"dan kənarda təsəvvür edə bilmirəm. Amma biz bu gündən danışırıq. Sabah nə olacağını heç kim bilmir. Reallıq budur ki, Leo qərarları və istəkləri üçün cavabdeh olan yeganə şəxsdir".

Qeyd edək ki, Veronla Messi 2005-2010-cu illərdə Argentina millisində çiyin-çiyinə çıxış ediblər.