11:16 07-07-2020
news_image
259
FUTBOL

“Ayda milyon yarım xərcləyirəm” – rusiyalı idman jurnalisti

Tanınmış rusiyalı idman jurnalisti və televiziya şərhçisi Vasili Utkinin şəxsi həyatının özəllikləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, o, müsahibəsində subaylıqdan, qazancı və daşınmaz əmlakından danışıb.

Utkin bildirib ki, halal zəhməti ilə qazandığından təmtəraqlı həyat sürməyə haqqı var.

Həmkarı Natalya Pakuyeva ilə uğursuz münasibətlər üzündən subay qalmağa üstünlük verən şərhçi özünü tənha hiss etmir. Çünki böyük evinin ərazisində heyvanlar saxlayır: “Düzünü deyim ki, inək də saxlayardım. Amma eksperimentlər həddən artıq çoxdur”.

2008-ci ildə aldığı əmlakın qiymətinin bir milyon dollara yaxın olduğunu bildirən Utkin krediti 2019-cu ildə ödəyib qurtardığını vurğulayıb. Həmkarımız aylıq qazancının məbləğini də gizlətməyib: “Ayda 1,5 milyon rubl (22368 manat) xərcləyirəm. Bu, müxtəlif xərclər üçün qalan vəsaitdir. Onu təkcə yemək və müxtəlif şeylərin alınmasına xərcləmirəm. Şkafım da bir sürü skeletlər var: kömək etdiyim insanlar var, ən sonda anam və bacım da var”.

Utkin vurğulayıb ki, qazancının əsas hissəsi Yutub kanalı və digər sosial şəbəkələrdən əldə olunur O, həm də marketinq şəbəkəsinə sahibdir. Evində tək yaşayan Utkinin iti və yenotu da var.