12:30 07-07-2020
news_image
80
FUTBOL

"İnter" tələbini açıqladı - Martines üçün

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferi üçün danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, argentinalı forvardla şəxsi müqaviləni razılaşdıran kataloniyalılar "neradzurra" ilə də ortaq məxrəcə gəlməyə çalışır.

İtaliya təmsilçisinin ispanlardan son tələbi 90 milyon avro və bir futbolçunun onlara verilməsidir. Klubların bu keçiddə tezliklə ortaq məxrəcə gəlməsi gözlənilir. Çünki danışıqların müsbət məcrada getdiyi bildirilib.

Qeyd edək ki, keçid baş tutarsa "Barselona" ilə 5 illik müqavilə bağlayacaq Lautaro Martinesin yeni klubunda illik məvacibi 12 milyon avro təşkil edəcək.