13:40 07-07-2020
news_image
106
FUTBOL

100 milyon avroluq bonus – Mbappe üçün

İspaniyanın “Real” klubunun Killian Mbappe ilə bağlı planı bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Fransa yığmasının və PSJ-nin 21 yaşlı hücumçusunu 2022-ci ilin yayında heyətinə qatmağa qərar verib.

Həmin vaxt parislilərlə müqaviləsi başa çatacaq forvard azad agent statusu daşıyacaq. Oyunçu pulsuz əldə olunduğundan Mbappeyə bonus təklif ediləcək. Bu məbləğ 100 milyon avro olacaq.

Qeyd edək ki, Killian Liqa1-in son mövsümündə 20 oyuna 18 qol vurub və 6 məhsuldar ötürmə verib.