13:46 07-07-2020
news_image
94
FUTBOL

Maaşı azaldılır - Messinin

"Barselona" rəhbərliyi kapitan Lionel Messinin maaşını azaltmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu koronavirus pandemiyasının yaratdığı maliyyə problemi ucbatından yüksək ödənişli argentinalının məvacibində endirim etməsinə çalışır.

Vergi haqqı ilə birlikdə illik maaşı 100 milyon avroya yaxın olan 33 yaşlı superulduza prezident Xosep Bartomeu tezliklə bu barədə məlumat verəcək. Klubla müqavilə müddəti gələn ilin yayına qədər olan Leonun rəhbərliyin idarəçiliyindən narazı qaldığı üçün ayrılmaq istədiyi bildirilir.

Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqada iştirak etdiyi 29 oyunda 22 qol vurub, 19 məhsuldar ötürmə verib.