16:13 07-07-2020
news_image
85
FUTBOL

Maaşının artırılmasını istədi - paytaxt klubundan

"Çelsi"nin hücumçusu Temmi Abraham klubun yeni müqavilə təklifinə müsbət cavab verib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı forvardın bunun üçün bəzi şərtləri var.

İngiltərə millisinin üzvü London təmsilçisindən maaşının artırılmasını tələb edib. O, həftəlik məvacibinin 130 min funt-sterlinq olmasını istəyib. Abraham komanda yoldaşı Kallum Hadson-Odoi qədər əmək haqqı almaq arzusundadır.

Qeyd edək ki, Temmi Abrahamın "Çelsi" ilə hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.