16:52 07-07-2020
news_image
249
DİGƏR NÖVLƏR

Mundialsız qaldı - Azərbaycan velosipedçiləri

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı ləğv edilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Velosipedçilər İttifaqı (USİ) verib.

2020-ci ildə keçirilməli olan yarış koronavirus pandemiyası üzündən baş tutmayacaq. ABŞ-ın Hyuston şəhərindəki mundial mayın 26-31-də təşkil olunmalı idi. Azərbaycan velosipedçilərinin də iştirak etməli olduğu yarış qeyri-müəyyən müddətə təxirə salınsa da, təşkilatçılar sonda ləğv qərarı verib.

Qeyd edək ki, növbəti mundial 2021-ci il avqustun 20-25-də Niderlandda baş tutacaq.