22:19 07-07-2020
news_image
100
FUTBOL

“Roma” müdafiəçisini itirdi - azı üç oyunluq

İtaliyanın “Roma” klubu itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi Kris Smollinq növbəti 3-4 matçda komandasına kömək edə bilməyəcək.

Futbolçunun əzələsində problem yaranıb. O, A seriyasının “Verona”, “Parma” və “Breşiya” ilə qarşılaşmalarını buraxacaq. Müdafiəçinin “İnter”lə matçdakı iştirakı isə sual altındadır.

Qeyd edək ki, romalıların daha bir müdafiəçisi Davide Santon zədəlidir və ən azı daha üç oyun buraxacaq.