22:32 07-07-2020
news_image
713
TOP OYUNLARI

Avrokuboka başlayacağı tarix bilindi - “Azərreyl”in

Voleybol üzrə avrokubokların yeni mövsümünün başlama vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şurası qitə miqyaslı turnirlərin start vaxtını təsdiqləyib.

Kişilər və qadınlar arasında hər üç turnir sentyabrın ikinci yarısında başlayacaq. Çempionlar Liqası, CEV kuboku və Çelenc kuboku uğrunda turnirlərin hamısı birinci mərhələdən start götürəcək.

Qeyd edək ki, 2020/21 mövsümündə Azərbaycanı yalnız “Azərreyl” klubu təmsil edəcək. Qadınlardan ibarət komanda Çelenc kubokunda oynayacaq.