22:44 07-07-2020
news_image
207
FUTBOL

Həftədə 300 min funt sterlinq – Poqba üçün

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Pol Poqbaya yeni müqavilə təklif edəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi fransalı yarımmüdafiəçi ilə anlaşmanı uzatmaq üçün onun maaşını artıracaq.

Yeni müqavilədə futbolçu həftəyə 300 min funt sterlinq qazanacaq. “Mançester Yunayted”də qapıçı Devid de Xea da eyni qədər maaş alır.

Qeyd edək ki, Poqba cari mövsüm zədə səbəbindən cəmi 13 oyun keçirib.