09:39 08-07-2020
news_image
1117
FUTBOL

"Türkiyə futbolu Azərbaycanın səviyyəsindən aşağı düşəcək" - klub prezidenti

"Türkiyə futbolu çox ciddi qan itirir".

Apasport.az saytının məlumatına görə, bunu "Fatih Karagümrük" klubunun prezidenti Süleyman Hurma deyib.

Birinci liqa təmsilçisinin rəhbəri Türkiyə futbolunun hazırkı durumuna münasibət bildirib. O, ölkə futbolunun Azərbaycan səviyyəsinə düşəcəyini proqnozlaşdırıb: "Önümüzdəki illərdə Türkiyə futbolu İran və Azərbaycan futbolunun səviyyəsindən də aşağı düşəcək. Bacardığımız tək şey əcnəbi limitini gündəmə gətirməkdir. Əcnəbi limiti 100 min avroluq türk futbolçularının qiymətinin 2 milyon avroya yüksəlməsinə səbəb olacaq. Problem ondadır ki, biz idarəçiliyi bacarmırıq".