10:18 08-07-2020
news_image
288
STOLÜSTÜ OYUNLAR

Şahmatçımız üçün yenə çinli rəqib – bu dəfə hazırkı dünya çempionu

Bu gün qadınlar arasında onlayn sürətli şahmat üzrə dünya çempionatı Qran-Prinin üçüncü mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, 16 zəka sahibinin qatılacağı yarış öncəsi 1/8 final cütləri müəyyənləşib.

Azərbaycanın yarışdakı yeganə təmsilçisi Günay Məmmədzadənin rəqibi bəlli olub. Şahmatçımızın dünya çempionu Ju Venjunla üz-üzə gələcək.

I mərhələdə 1/4, II mərhələdə 1/8 finalda mübarizəni dayandıran çinli qrossmeyster klassik şahmatda olduğu qədər güclü rəqib deyil. Bu səbəbdən də əvvəlki turnirlərlə erkən vidalaşan Günay aktivinə ilk xalları yazmaq üçün mübarizə aparacaq.

Təmsilçimiz ilk turnirdə rusiyalı Aleksandra Kostenyuka 0:11, ötən yarışda sabiq dünya çempionu çinli Yifen Hou 4,5:5,5 hesabı ilə uduzub.

Qeyd edək ki, iki mərhələdən sonra ukraynalı Anna Uşenina 12 xalla liderdir.