11:34 08-07-2020
news_image
153
FUTBOL

Millinin baş məşqçisi ilə bağlı toplaşır - AFFA

İyulun 10-da AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, saat 15:00-da başlayacaq iclasın gündəliyindəki məsələlər müəyyənləşib.

Əsas müzakirə mövzusu Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olacaq. Həmçinin digər məsələlər də gündəmə gətiriləcək.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizədlər Roy Kin, Canni de Byazi və yerli mütəxəssis Arif Əsədovdur.