12:34 08-07-2020
news_image
240
FUTBOL

Yaxşı olmadığını söyləyə biləcək yeganə insanın adını açıqladı - Mahir Emreli

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Mahir Emreli maraqlı paylaşımla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı forvard instaqram səhifəsi vasitəsilə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla birlikdə olan şəklini paylaşıb.

Şəklin üzərinə isə ingiliscə "Mənə kifayət qədər yaxşı olmadığımı söyləyə biləcək yeganə insan sizsiniz, boss" yazıb. 

Qeyd edək ki, "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi "CBC Sport" telekanalına müsahibəsində "mənə ən yaxşı azərbaycanlı futbolçu təklif edin, bura gətirək" fikrini səsləndirmiş və Mahir Emreli Türkiyə klubuna təklif olunub.