14:11 08-07-2020
news_image
95
FUTBOL

Azərbaycan çempionatının bombardirlərinin mükafatı verildi

Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medallarının təqdimat mərasimi keçirilib. 

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası tərəfindən “Neftçi”yə gümüş, “Keşlə”yə bürünc mükafatlar təqdim olunub. 

Covid-19 pandemiyası səbəbindən kütləvi keçirilməyən tədbirlərdə medallar klubların bazalarında verilib. Bundan əlavə, çempionatın bombardirlərinin mükafatları da klublarına təqdim olunub.

“Neftçi”nin futbolçuları Baqali Dabo və Stiven Monroz, “Sumqayıt”ın üzvü Peyman Babayinin mükafatı klublarına verilib. Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.

Qeyd edək ki, bir müddət öncə “Azərsun Arena”da Premyer Liqanın sonuncu qalibi “Qarabağ”ın mükafatlandırma mərasimi reallaşmışdı.