15:54 08-07-2020
news_image
119
FUTBOL

"Çelsi"dən getmək istəyir - milliyə görə

"Çelsi"nin müdafiəçisi Emerson Palmeri komandasını dəyişmək fikrində düşüb.

Apasport.az saytının məlumatına görə, əsas heyətə düşməkdə çətinlik çəkən 26 yaşlı futbolçu London klubunu tərk etmək niyyətindədir.

Gələn il keçiriləcək Avropa çempionatında İtaliya millisində yer almaq istəyən sol cinah müdafiəçisi ayrılmaq istəyini rəhbərliyə çatdırıb. "Zadəganlar" onun gedişindən 25 milyon avro qazanmağı planlaşdırır. Hazırda "İnter" və "Yuventus" Emersonun xidmətində maraqlıdır.

Qeyd edək ki, Braziliya əsilli futbolçu cari mövsüm Premyer Liqanın 14 oyununda iştirak edib.