16:03 08-07-2020
news_image
133
FUTBOL

Rəhman Hacıyevlə müqaviləni artırıb, icarəyə verdi - "Neftçi"

"Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb. 

Rəhman Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.