16:35 08-07-2020
news_image
128
FUTBOL

Haverts gedir – kluba müraciət etdi

Almaniyanın “Bayer” klubunun futbolçusu Kay Haverts komandasını dəyişməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, hücumameylli yarımmüdafiəçi artıq klub rəhbərliyinə müraciət edib.

O, başqa kluba keçidi üçün transferə çıxarılmasını istəyib. Kayı heyətinə qatmağa əsas namizəd İngiltərə “Çelsi”sidir. London təmsilçisi 70 milyon funt ödəməyə hazırdır.

Qeyd edək ki, Haverts 2019/20 mövsümündə Bundesliqanın 30 matçında 12 qol vurub.