
01:56
"Arsenal"ın hücumçusu Pyerr-Emerik Obameyanq ardıcıl ikinci mövsüm Premyer Liqada 20 qol həddinə çatıb.
Apasport.az saytının məlumatına görə, qabonlu forvard buna XXXIV turda "Lester"lə qarşılaşmada nail olub.
1:1 hesabı ilə başa çatan görüşdə komandasının yeganə topuna imza atan Obameyanq "Arsenal" əfsanəsi Tyerri Anridən sonra ardıcıl iki mövsüm 20 qol vurmağı bacaran ilk oyunçu olub. Fransalı bu göstəriciyə 2001-ci ildən etibarən ardıcıl 5 mövsüm imza atıb.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 32 oyunda 20 qol, 2 assistlə yadda qalan Obameyanq Avropa Liqasında 3 qol vurub.