17:54 08-07-2020
news_image
157
FUTBOL

3 klubdan təklif - ispaniyalı müdafiəçiyə

"Arsenal"ın müdafiəçisi Ektor Belyerin komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı cinah oyunçusu artıq 3 klubdan təklif alıb.

İspaniya millisinin üzvü "Sevilya", "İnter" və "Yuventus"un maraq dairəsinə düşüb. "Sevilya" rəhbərliyi bununla bağlı futbolçunun meneceri ilə artıq təmasa keçib. Sağ cinah oyunçusunun London klubu ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Ektor Belyerin bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edib, 1 qol vurub.