18:07 08-07-2020
news_image
182
FUTBOL

“Mançester Yunayted”in iki futbolçusunu aparır - Moyes

İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, bunlar müdafiəçi Fil Cons və yarımmüdafiəçi Cessi Linqarddır.

Hər iki oyunçunun “Vest Hem”ə keçəcəyi gözlənilir. 2013-14-cü illərdə “Mançester Yunayted”də çalışmış David Moyes onları baş məşqçisi olduğu komandada görmək istəyir. 57 yaşlı şotlandiyalı mütəxəssisin istəyinin reallaşması üçün “Vest Hem” Premyer Liqada yerini qorumalıdır.

Qeyd edək ki, “Vest Hem” Premyer Liqanın turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.