23:31 08-07-2020
news_image
94
FUTBOL

FİFA ilə hədələdi - "Beşiktaş"ı

"Beşiktaş"ın futbolçusu Domaqoy Vida kluba xəbərdarlıq edib.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı müdafiəçi Türkiyə klubundan borcunu istəyib.

31 yaşlı oyunçunun meneceri tərəfindən göndərilən rəsmi xəbərdarlıq məktubunda 1,5 milyon avroluq əvvəldən qalan borcun ödənilməsi tələb olunub. Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemi yaşayan "ağ-qaralar" hazırda Vidanın borcunu vermək iqtidarında deyil. İstanbul nəhəngi tələb edilən vaxta qədər ödənişi etməsə, futbolçunun meneceri FİFA-ya şikayət edəcək.

Qeyd edək ki, Domaqoy Vida 2018-ci ildən "Beşiktaş"da çıxış edir.