01:19 09-07-2020
news_image
98
FUTBOL

Növbəti oyunu buraxa bilər - Azar

"Real"ın hücumçusu Eden Azar daha bir oyunu buraxa bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu topuğunda ağrılar hiss edir.

La Liqanın XXXII turunda "Espanyol"la iyunun 28-də baş tutan qarşılaşmada zədələnən Belçika millisinin üzvü kollektivlə birlikdə məşqlərə qoşulsa da, optimal formada deyil. Fiziki cəhətdən tam hazır olmadığı üçün son məşqi də yarımçıq tərk edib. Onun XXXV tur çərçivəsində "Alaves"lə keçiriləcək matçı buraxması gözlənilir.

Qeyd edək ki, "Real" - "Alaves" görüşü iyulun 10-da olacaq.