01:24 09-07-2020
news_image
124
FUTBOL

"Keşlə"dəki uğuru təkrarlaya bilmədi - Ukraynada

Ukrayna kubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Xarkovda baş tutan həlledici qarşılaşmada Kiyev "Dinamo"su "Vorskla" ilə qarşılaşıb.

İlk yarım saatda hərəyə bir dəfə fərqlənən komandalar 120 dəqiqə ərzində qələbə qolunu vura bilməyib - 1:1. Nəticədə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə 8:7 hesablı üstünlük əldə edən "Dinamo" 2015-ci ildən bəri ilk, ümumilikdə isə 12-ci dəfə kuboku muzeyinə aparıb.

2017/18 mövsümündə "Keşlə"yə Azərbaycan kubokunu qazandıran "Vorskla"nın baş məşqçisi Yuri Maksimov isə eyni uğuru Poltava təmsilçisi ilə təkrarlaya bilməyib. "Vorskla" cəmi 1 dəfə - 2008/09 mövsümündə Ukrayna kubokunu qazanıb.