09:42 09-07-2020
news_image
2106
FUTBOL

Bundesliqada oynaya bilər - "Qarabağ"dan qayıdan futbolçu

2019/20 mövsümünü icarə əsasında "Qarabağ"da keçirən Aylton Silva müqavilə ilə məxsus olduğu "Ştutqart"a qayıdıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı sol cinah müdafiəçisi Almaniya klubunda qala bilər.

Bu mövsüm Bundesliqaya vəsiqə qazanan "Ştutqart" əvvəlcə Silvanı 1,5 milyon avroya satmağı planlaşdırırdı. Lakin sol cinahda yaranmış problem səbəbindən rəhbərlik 25 yaşlı oyunçunu alternativ kimi heyətdə saxlamağı düşünür. Futbolçu Bundesliqa təmsilçisinin yay təlim-məşq toplanışında iştirak edəcək. Onun barədə yekun qərar transfer siyasətinə uyğun veriləcək.

Qeyd edək ki, "Qarabağ"la çempion olan Aylton Silva Premyer Liqada 15 oyunda iştirak edib, 1 qola imza atıb.