09:53 09-07-2020
news_image
98
FUTBOL

“Yuventus”un maraq dairəsində - “Atalanta”nın futbolçusu

İtaliyanın “Atalanta” klubunun futbolçusu Robin Qosens karyerasını “Yuventus”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı almaniyalı yarımmüdafiəçi Turin təmsilçisinin maraq dairəsinə düşüb.

“Ağ-qaralar”ın baş məşqçisi Maurisio Sarri bu yay komandadan gedəcəyi gözlənilən Aleks Sandronu məhz Qosenslə əvəz etmək niyyətindədir. Yarımmüdafiəçini İngiltərə “Çelsi”si də heyətində görmək istəyir.

Qeyd edək ki, Robin cari mövsüm A seriyasında 28 oyunda 9 qol vurub.