10:07 09-07-2020
news_image
136
FUTBOL

"Mançester Siti" ilə vidalaşdı - Silva

"Mançester Siti"də ilk ayrılıq baş tutub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi David Silva klubla vidalaşıb.

34 yaşlı ispaniyalı oyunçu sosial şəbəkə vasitəsilə "şəhərlilər"ə "əlvida" deyib: "Bu komanda üçün çox darıxacağam", - yazan Silva mövsüm başa çatdıqdan sonra azad agent statusuna yiyələnəcək. Hazırda onun xidmətində "Betis", "İnter-Mayami" və "Milan" maraqlıdır.

Qeyd edək ki, David Silva 2010-cu ildən "Mançester Siti"də çıxış edir.