10:54 09-07-2020
news_image
125
FUTBOL

Ukraynaya getdi - "Səbail"in qapıçısı

"Səbail"in qapıçısı Aleksandr Rıbka ölkəsi Ukraynaya yollanıb.

Apasport.az saytının məlumatına görə, bunu 33 yaşlı qolkiper özü instaqram səhifəsi vasitəsilə elan edib.

Bakı hava limanında biletinin və pasportunun şəklini paylaşan Rıbka ailəsinə baş çəkmək üçün Ukraynaya gedib.

Qeyd edək ki, Aleksandr Rıbka özü vətəninə yollanmaq üçün "Səbail" klubuna müraciət edib, rəhbərlik ona bu barədə köməklik göstərib.