11:19 09-07-2020
news_image
104
FUTBOL

Oyuna velosipedlə gəldi - Pike

"Barselona"nın müdafiəçisi Jerar Pike La Liqanın XXXV turunda "Espanyol"la dünən keçirilən oyuna velosipedlə gedib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun "Nou Kamp"a qeyri-adi nəqliyyat vasitəsi ilə daxil olması yerli mətbuatın marağına səbəb olub.

Jurnalistlər yanlarından velosipedlə keçərək tunelə daxil olan şəxsin 33 yaşlı müdafiəçi olduğunu gec görüblər. Bu yolla Pike media nümayəndələrinin diqqətindən rahatlıqla yayına bilib.

Qeyd edək ki, "Barselona" Luis Suaresin yeganə qolu sayəsində "Espanyol" üzərində 1:0 hesablı qələbə qazanıb. Pike həmin görüşdə 90 dəqiqə meydanda olub.