12:55 09-07-2020
news_image
272
DİGƏR NÖVLƏR

Qran-pri Bakıya həvalə edilir - paracüdo üzrə

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.

Milli Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, koronavirus pandemiyası üzündən bir sıra turnirləri baş tutmayan təşkilatın yeni təqviminə əsasən Bakı daha bir beynəlxalq turnirə ev sahibliyi edə bilər.

Bu il noyabrın 13-19-da paracüdo üzrə Qran-Pri, həmçinin beynəlxalq təlim-məşq toplantısı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. 

Eyni zamanda, 2021-ci ildə də paracüdo üzrə Qran-Prinin Bakıda keçirilməsi barədə razılıq əldə edilib. Azərbaycan Milli Paralimpiya Komitəsi və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılığa əsasən bu yarış mayda baş tutmalıdır. Həmin turnir Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Qeyd edək ki, bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar koronavirus pandemiyası üzündən dünyada tətbiq edilmiş karantin rejiminin vəziyyətinə əsasən qəbul olunacaq.