13:48 09-07-2020
news_image
123
FUTBOL

"Bavariya" ondan imtina etdi - Saneyə görə

"Bayer"in yarımmüdafiəçisi Kay Haverts "Bavariya"ya keçməyəcək.

Apasport.az saytının məlumatına görə, Münhen klubu ulduz futbolçunun transferindən imtina edib.

Buna səbəb almanların "Mançester Siti"dən Leroy Saneni almasıdır. Saneni təxminən 50 milyon avroya transfer edən Bundesliqa çempionu Haverts üçün 90 milyon avro ödəmək iqtidarında deyil. Hazırda tələb olunan bu məbləği verməyə yalnız "Çelsi" razıdır.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 39 oyunda iştirak edən 21 yaşlı Haverts 15 qol, 8 assistə imza atıb.