14:23 09-07-2020
news_image
129
FUTBOL

Özilin “Arsenal”dan gedəcəyi vaxt bəlli oldu – Türkiyə və ABŞ-a

Almaniya millisinin sabiq futbolçusu Məsut Özilin çıxış etdiyi İngiltərə “Arsenal”ından ayrılacağı vaxt müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi gələn ilin yayında müqaviləsi başa çatandan sonra London təmsilçisini tərk edəcək.

Azad agent statusu alacaq futbolçu karyerasını davam etdirə biləcəyi ölkələrlə bağlı da qərar verib. Özil Türkiyə və ABŞ klublarından birinə keçəcək.

Qeyd edək ki, Özil 2013-cü ildən “Arsenal”ın şərəfini qoruyur.