14:28 09-07-2020
news_image
144
FUTBOL

17 yaşlı futbolçunu transfer etdi - "Milan"

İsveçin 17 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Lukas Berqlund "Milan"a transfer olunub.

Apasport.az saytının məlumatına görə, "rossonyerlər" "Malmö"nün 17 yaşlı oyunçusunu heyətinə cəlb edib.

"İnter", "Bolonya" və "Udineze"nin də maraq dairəsində olan hücumameyilli yarımmüdafiəçi milanlılarla müqavilə bağlamağı üstün tutub. A seriyası təmsilçisi tezliklə bu transferi rəsmən bəyan edəcək.

Qeyd edək ki, Lukas Berqlund "Malmö"nün heyətində 6 oyun keçirib, 3 qola imza atıb.