14:39 09-07-2020
news_image
652
FUTBOL

Niyə “Qarabağ” və ya “Neftçi”ni deyil, "Sabah"ı seçdi? - Aleksey İsayev

İki ildir transferlərdə fəallıq nümayiş etdirən "Sabah" heyətini əməlli-başlı gücləndirir.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasının yaratdığı maliyyə sıxıntıları belə, paytaxt klubuna təsir etməyib.

"Qəbələ, "Zirə", "Səbail" və "Sumqayıt"ın gələcəyinin qeyri-müəyyən olmasından yararlanan "Sabah" rəhbərliyi yerli transfer bazarında alternativlərini artırır. Bugünkü transfer Aleksey İsayev də bakılılara az məvacibə keçməyib. "Qarabağ" və "Neftçi"nin də maraq dairəsində olduğu "Sumqayıt"ın yarımmüdafiəçisinin "Sabah"ı seçməsini bəzi məqamlar şərtləndirib.

İsayev "Qarabağ"a ehtiyatda oturmaq qorxusu, "Neftçi"yə isə rəhbərliklə futbolçular arasındakı problemlər üzündən "yox" cavabını verib. "Sabah"da həm yüksək maaş, həm də əsas heyətdə müntəzəm çıxış etmək imkanı 24 yaşlı oyunçunun qərarına birbaşa təsir göstərib. Hətta yeni komandasında baş məşqçinin kimliyinin bəlli olmaması belə, yığmamızın üzvünü narahat etməyib.

Qeyd edək ki, Aleksey İsayev "Sabah"la 3 illik müqavilə imzalayıb.