15:47 09-07-2020
news_image
131
FUTBOL

“İnter” 30 milyon avro ödəməyə hazırdır – 2 futbolçu üçün

İngiltərənin “Çelsi” klubu müdafiəçisi Emersonu İtaliya “İnter”inə satmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, buna tərəflərin transfer qiymətində razılaşmaması səbəb olub.

Milan təmsilçisi futbolçu üçün 20 milyon avro ödəyir. “Çelsi” isə daha yüksək vəsait əldə etmək niyyətindədir.

25 yaşlı futbolçu üçün danışıqları davam etdirməyi planlaşdıran “İnter” 30 milyon da ödəməyə razıdır. Amma tək Emerson deyil, onunla birlikdə Olivye Jirunu da almaq üçün.

Qeyd edək ki, “Çelsi”dən getməkdə israrlı olan Emerson bununla bağlı klub rəhbərliyinə də müraciət ünvanlayıb.